Corn - Artıq ChatGPT kİmİ ağıllı bİr dostumuz var!

İnternet bağlantınızda problem var,xahiş edirik bağlantınzı yoxlayın.

Artıq ChatGPT kİmİ ağıllı bİr dostumuz var!

ChatGPT Süni intellekt robotudur. Bütün suallarınıza bezmədən, yorulmadan cavab verəcək. Robot dostumuz hər gün daha çox öyrənir və inkişaf edir.




Artıq ChatGPT kimi ağıllı bir dostumuz var

Süni intellektin insan kimi davrandığı bir çox elmi fantastika filmi izləmişik. Günümüzdə isə o səhnələri demək olar ki, yaşayırıq. Son zamanlarda süni intellekt tətbiqləri sənətdən elmə qədər bir çox sahədə qarşımıza çıxır. Buna bir nümunə də son aylarda insanların diqqətini üzərinə çəkən süni intellekt robotu Chat GPT- dir. Verdiyiniz sualları qarşınızda insan varmış kimi cavablaya bilən Chat GPT ağıllara artıq yazarlıq kimi yaradıcı işləri belə robotlar mı edəcək suallarını gətirir.

ChatGPT nədir?
ChatGPT 30 noyabr 2022-ci ildə süni intellekt tədqiqat şirkəti OpenAI tərəfindən yaradılmış süni intellektli chatbotdur. Müxtəlif sahələrdən olan mövzuları işləyə bilən Chat GPT, cavabları istifadəçinin tələblərinə uyğunlaşdıraraq, dinamik və maraqlı söhbətlərə imkan yaradır. Başqa sözlə, insanlar üçün gündəlik həyatı asanlaşdırmaq potensialına malikdir.

ChatGPT hansı sahələrdə istifadə edilə bilər?
ChatGPT müştəri xidmətləri sektorunda sürətli və dəqiq cavab vermək istəyən şirkətlər tərəfindən istifadə edilə bilər. Bundan əlavə, e-ticarət, marketinq, turizm, maliyyə və səhiyyə sektorları oxşar texnologiyalardan istifadə üçün potensial sahələr sırasındadır.
ChatGPT tədqiqat və kəşf, media və nəşriyyat, təhsil və elm kimi sahələrdə istifadə oluna bilər. Dil modeli texnologiyaları istifadəçilərin suallarına cavab vermək və danışıq təcrübəsi təmin etmək üçün nəzərdə tutulub və buna görə də müxtəlif sahələrdə fərqli yollarla istifadə oluna bilər.

ChatGPT sizə necə kömək edə bilər?
  • Suallarınıza cavab verə bilər
  • Mətn yarada bilər
  • Riyazi tənlikləri həll edə bilər
  • Mətnlərdə açar sözləri tapa bilər
  • Əşyaları təsnif edə bilər
  • Təhsilinizlə bağlı və uğurlu karyera üçün məsləhətlər verə bilər
  • Proqram təminatı hazırlaya bilər
  • Kod yaza, yalnış kodları tapa bilər

Chat GPT-ni mətn ehtiva edən nələrdə istifadə edə bilərsiniz?
- E-poçt yazılması
- İş ərizələrinin yazılması
- Hekayələr, şeirlər və ya romanlar yazılması
- Bloq yazısı şablonlarının yaradılması
- Bloq ideyalarının alınması
- Biznes ideyalarının yaradılması
- Gündəlik işlərlə bağlı məsləhət istəmək

ChatGPT Google-u taxtından edə bilər mi?
Bəziləri bunun sıçrayış texnologiyası olduğunu deyir, hətta onu Google ilə müqayisə edirlər. O, Google-a alternativ kimi təsvir edilir, çünki o, Google-un hazırda istifadəçilərə təqdim etdiyi bir çox funksiyaları təmin edə bilir. Google verdiyimiz suala uyğun fərqli qaynaqları çıxararkən, Chat Gpt sualı tək bir cavabla cavablandırır. Həmçinin, vebsaytlar üçün məzmun hazırlamaq və müştəri suallarını cavablandırmaq kimi vəzifələri yerinə yetirmək potensialına malikdir. Google-dan fərqli robot sadəcə 2021-ci ilə qədər olan məlumatları qarşımıza çıxarır.



Chat GPT-dən necə istifadə edə bilərik?
Söhbətə başlamaq üçün ChatGPT səhifəsinə keçin və e-poçt ünvanınızı daxil edin və təsdiq etmək üçün telefon nömrənizi daxil edin. Əlaqə məlumatlarınızı və istifadə məqsədinizi paylaşdıqdan sonra üzvlük prosesiniz tamamlanacaq. Daha sonra istifadəçi dostu interfeysi sayəsində siz qısa müddətdə Chat GPT-dən istifadə etməyə başlaya bilərsiniz. İstənilən mesajlaşma proqramında olduğu kimi, mətn qutusuna istəyinizə uyğun açar sözləri göndərə və qısa müddətdə cavab ala bilərsiniz.

 

Ən çox oxunan bloglar

ONSUZ BİR BRENDİN NƏ MƏNASI VAR

439

Bütün yollar reklama aparır

220

Artıq ChatGPT kİmİ ağıllı bİr dostumuz var!

144