Corn - Bütün yollar reklama aparır

İnternet bağlantınızda problem var,xahiş edirik bağlantınzı yoxlayın.

Bütün yollar reklama aparır

Həyatımız boyunca bizi müşayiət edən reklamın müasir ticarətdə təsiri danılmazdır. Bazarda adı olan sözünü demiş şirkətlər niyə reklamlardan daha çox istifadə edir heç düşündünüzmü? Niyə reklama ehtiyacları var? Cavab sadədir. Daim göz önündə olmaq və gələcək nəslə məhsulunu tanıtmaq. Coca-Cola özünü bu qədər reklam etməsəydi sizcə gənc nəslin bu qədər ehtiyac duyduğu məhsul olardımı? Girişdən məlum olduğu kimi bu bloq yazımızda ən effektiv marketinq vasitələrindən olan reklamdan bəhs edəcəyik.

 
1. Reklam nədir?
2. Reklamın vəzifəsi
3. Reklam üçün vacib 5 əsas termini tanıyaq
4. Reklamın şirkət və məhsul üçün faydaları
5. Reklamın istehlakçı üçün faydaları
6. Reklamın növləri


Reklam inandırmaq və məlumat yaymaq üsuludur. İnsanları məhsul və xidmətdən könüllü olaraq, faydalanmağa təşviq etmək, diqqətlərini çəkmək üçün görülən yazılı və vizual işlərin bütünləşmiş halıdır. 
 
Reklamın əsas vəzifəsi məlumat vermək, məhsulun və şirkətin özəlliklərini hədəf kütləyə çatdırmaqdır. Reklam unikal, diqqətçəkən olub kütlənin diqqətini özündə toplamalıdır. Reklam nə qədər çox insana çatarsa, o qədər çox tükəticisi olacaqdır. 
Marka nə qədər güclü olarsa olsun uzun müddət reklam edilmədiyi təqdirdə insanların zehnindən silinir, çünki bazarda hər gün yeni şirkət yaranır və düzgün reklam strategiyası ilə kütlənin diqqətini çəkə bilərlər. 

Reklam şirkət və brendlərin satışlarının artırılması, insanlarda maraq oyatması məqsədilə edilir. Bu səbəbdən reklamın keyfiyyətinin brendə zərər verməyəcək özəllikdə olması vacibdir. Reklam üçün vacib 5 əsas termin var. Reklam sektorunda buna 5M qaydası deyilir. Terminlər M ilə başlayan ingiliscə sözlərin baş hərflərindən ibarətdir:

1. Money (pul) - reklama xərclənən məbləğ
2. Message (mesaj) - reklamda verilən mesaj
3. Mission (missiya) - reklamın edilmə məqsədi
4. Measurement (ölçmə) - reklamın effektivliyinin ölçülməsi
5. Media (media) -  istifadə ediləcək media vasitələri

Reklam niyə vacibdir? Reklamsız imic formalaşdırmaq və qazanmaq bu qədər mi çətindir?

Artıq brendləşmiş şirkət və məhsulların satışlarına reklamların çox təsiri olmasa belə, yeni yaranmış şirkət və məhsulların sektorda diqqət çəkmələri üçün reklam şərtdir. Hədəf kütləni təsirləndirəcək və satışa yönəldəcək reklamları olmalıdır.

Reklamın şirkət və məhsul üçün faydaları:
• Məhsul və şirkətin təqdimatı
• Məhsul və xidmətlərə ehtiyac yaratmaq
• Hədəf kütlədə reklamçının ehtiyac duyduğu reaksiyanı oyatmaq
• Brendə qarşı bağlılıq yaratmaq
• İmicinin formalaşmasına gətirib çıxararaq etibarını yüksəltmək
• Satışı artıran önəmli vasitə rolunu oynamaq

Reklamın istehlakçı üçün faydaları isə:
•Şirkət və məhsul haqqında öyrənmək
•Özəllikləri, xidmətləri ilə bağlı məlumatlanmaq
•Fayda və zərərlərini dərk etmək
•Yaxşını seçmək və qiymət müqayisəsi edə bilmək

Tanıtım üçün reklamın fərqli növləri var:

  • Ən geniş yayılmış reklam növlərindən biri banner, bilbord, roll up və s. kimi açıq hava reklamlarıdır. Bu reklam növündə məqsəd istehlakçılara məhsulu fərqli formada çatdırmaq, şirkəti daha da tanıtmaq, məhsula, xidmətlərə olan marağı artırmaqdır. 

  • KİV (Kütləvi İnformasiya Vasitələri) televiziya, radio, qəzet və nəşrlər reklam biznesinin 30-40% - ni tutur, kifayət qədər çox insanı əhatə edir.

  • Sosial media, youtube, sem, veb sayt və s. tipli  onlayn reklamlar digərlərinə nisbətən az xərc tələb etsədə, auditoriyası böyükdür. Hal-hazırda ən populyar reklam növüdür. Üstünlüyü ondan ibarətdir ki, yalnız hədəf auditoriyaya çatdırıla bilir.

  • Çap üsulu reklam növü günümüzdə hələ də istifadə edilir. Kitab, kataloq, buklet, flayer kimi kağız məlumatlarını şirkətlər daha rahat gəlir əldə etməsinə görə hələ də istifadə edir.

  • B2B reklam birbaşa şəxsi əlaqəni nəzərdə tutur. Fərdi görüşlər, telefon danışıqları, sosial şəbəkələrdə ünsiyyət ola bilər. Bu cür reklam satışın artmasına böyük töhfə verir.

  • Brendləşmə reklam növü satışları artırmaq üçün deyil, şirkət tanıtımı üçün vacibdir. Qələm, ajanda, kubok, çanta kimi promo məhsullar şirkət və məhsulun xatırlanmasına kömək edir.


Bəs günümüzdə yuxarıda sadalanan reklam növlərindən hansı şirkət və məhsul üçün daha önəmlidir. Bu məsələdə düzgün analiz reklam agentliklərinin öhtəsinə düşür. Məlumdur ki, imic formalaşdırmaq istəyən hər bir şirkət və brend reklam üçün agentliklərə müraciət edir. Reklam agentliyi şirkət və brendin tanıtımında rol oynayan tərəfdaşlardan biridir. Hansı ki, reklamla bağlı bütün prosesə nəzarət edərək, brendin tanıtımına töhfə verir.

Ən çox oxunan bloglar

ONSUZ BİR BRENDİN NƏ MƏNASI VAR

438

Bütün yollar reklama aparır

220

Artıq ChatGPT kİmİ ağıllı bİr dostumuz var!

143