Corn - ONSUZ BİR BRENDİN NƏ MƏNASI VAR

İnternet bağlantınızda problem var,xahiş edirik bağlantınzı yoxlayın.

ONSUZ BİR BRENDİN NƏ MƏNASI VAR

Loqotip bir brendin təməlidir. Təməliniz möhkəm olsun deyə bu yazımızla ilk daşı biz atırıq.

Loqo hazırlamaq asan kimi görünsə də, ortaya çıxana qədər gedilən yol yorucu və uzundur. Diqqətçəkən və yaradıcı loqo dizayn etmək üçün yaradıcı olmaq lazımdır. Loqotipi güclü edən onun çatdırdığı mənadır. Loqo müəyyən bir brendin verdiyi mesajı, vizyonunu, dəyərlərini ifadə edə bilməlidir.


Loqo hazırlarkən qulağınıza sırğa edin:
  •    Loqonuzun forması brendinizin özəllikləri ilə uyğunlaşmalıdır.  Formaların verdiyi mesajlar:
- Dairə - rahat, dəvətkar
- Üçbucaq - liderlik, hakimiyyət
- Kvadrat, dördbucaq - məhsuldarlıq, güvən
- Üfüqi xətlər - sakitlik, qərarlılıq
- Şaquli xətlər - rifah, müvəffəqiyyət, hakimiyyət
- Qıvrım xətlər - diqqətçəkici, rahatlayıcı
  • Yazı tipi oxunaqlı və tez başa düşülən olmalıdır. Fontların yaratdığı təəssüratlar fərqlidir: Serif fontlar - rəsmi və professional brendlər üçün tərcih edilir.
-San Serif fontlar  daha rahat və qayğısızdır.
-Script fontlar - hərəkətli xətləri ilə göstərişli brendlərin seçimidir.
-Əl yazısı fontlar - loqonu professional görüntüdən uzaqlaşdıra bilər.
  • Loqo ağılda qalıcı olmalı, ilk dəfə görənin yaddaşına yazılmalıdır. Loqoya baxıldığında ilk olaraq, şirkət və ya brend ağla gəlməlidir. Bu səbəbdən netlik və sadəlik mütləqdir.
  • Loqonu ilk əvvəl ağ-qara formada hazırlayın ki, ağ-qara vermək ehtiyacı yarandığında funksiyasını itirməsin.
  • Rəng seçimi brendiniz ilə bütünləşməlidir. Maximum 3 rəng istifadə olunmalı, qradient və kölgədən uzaq durmaq lazımdır. Çox rəng loqonun ağılda qalıcılığını azaldır.
  • Zamansız loqo hazırlayın. Dəyişən trendlə yeniləməyə ehtiyac yaranmasın.
  • Loqonun gələcəkdə identifikasiya məhsullarına, dijital platformalara uyğunlaşması nəzərə alınmalıdır. Bu səbəbdən loqo ölçüyə salındığında özəlliklərini itirməyəcək şəkildə hazırlanmalıdır.
  • Loqoda yalnız ehtiyac olan materiallara yer verin. Artıq bir nöqtə belə fikri dağıda bilər.

Loqo hazırlarkən dizaynerlərin, müəssisələrin işindən ilhamlana bilərsiz. Təcrübəsi sizdən çox olanlardan öyrənin, təqlid edin və etdiklərini inkişaf etdirin. Ama əsla kopyalamayın. İlhamlanmaq açardırsa, vacib olan yaradıcılıqdır.

Ən çox oxunan bloglar

ONSUZ BİR BRENDİN NƏ MƏNASI VAR

439

Bütün yollar reklama aparır

220

Artıq ChatGPT kİmİ ağıllı bİr dostumuz var!

143