Corn - MÜASİR TANITIM VƏ MARKETİNQ BAXIMINDAN EFFEKTİV KOMMUNİKASİYA

İnternet bağlantınızda problem var,xahiş edirik bağlantınzı yoxlayın.

MÜASİR TANITIM VƏ MARKETİNQ BAXIMINDAN EFFEKTİV KOMMUNİKASİYA

Corn reklam agentliyi, həmçinin, sərgilərin təşkili, sərgi stenlərinin dizaynı və hazırlanması, maket yığılması, iç və çöl reklamlarının dizayn və hazırlanması xidmətlərini təklif edir. 
Gələcəyə yönəlmiş işgüzar münasibətlərin qurulmasında əhəmiyyətli rol oynayan sərgilər vacib marketinq vasitələrindən biridir. Potensial müştəri tapmaq, satış etmək üçün sizə sərgi təşkili, şirkətin rəng və korporativinə uyğun stend dizaynı, 3D yığılması və stend hazırlanmasını təklif edirik. Sərgiyə qatılmağı düşünürsünüz lakin bu sahədə təcrübəniz yoxdursa, düşünmədən şirkətimizin bu sahədəki 8 illik təcrübəsindən faydalana bilərsiniz. 
Eyni zamanda, sərgi və fərqli təqdimatlarda istifadə edilən, istehlakçıda müəyyən təəssürat yaradacaq maketlərin hazırlanmasını həyata keçiririk. Müxtəlif ölçülü bina və tikililərin, yol infrastrukturlarının maketlərinin son texnologiyalara əsasən, yığılması üçün müraciət edə bilərsiniz. 
Sərgi və maketlərlə yanaşı, ənənəvi reklam növlərindən olan iç, çöl reklamların dizaynı və hazırlanması xidmətlərini təklif edirik:
-Vinil, banner, roll-up dizaynı və çap edilməsi
-Lightbox hazırlanması
-Qabarıq işıqlı və işıqsız hərflərin hazırlanması
-Neon reklam
-Divar menuların yığılması
-Montaj və demontaj